1. Zob xərçəngi və ya şübhəsi olanlara
  2. Zəhərli zobu olanlara
  3. Çox böyük zobu olanlara

Əməliyyat hansı qalxanabənzər vəzi xəstələrinə tətbiq edilir?
Qalxanabənzər vəzinin xəstəliklərində cərrahi müalicə əsasən 3 qrup xəstəyə tətbiq edilir.

007-00

Bəsit zob xəstəliyi olan insanların çoxu boynunda estetik pozğunluq olmadığı təqdirdə - illik müayinələrini etdirmək şərtilə - zob xəstəliyi ilə yaşaya bilərlər. Bəsit zob xəstəliyində qalxanabənzər vəzi böyüdükcə xəstənin bəzi şikayətləri olur: udqunmada çətinlik çəkə bilər, səsində dəyişkənlik, nəfəs almaqda çətinlik və üzündə ödem (şişkinlik) ola bilər. Bu cür şikayətlər olduğu təqdirdə həkimə müraciət etmək mütləqdir.

zehirli-zob00

Zəhərli zoblarda 3 növ müallicə metodu vardır: dərman ilə müalicə; radioaktiv müalicə; cərrahi müalicə. Xəstə gəncdirsə, əvvəl dərman müalicəsi ilə başlayıb sonra cərrahi etmək lazımdır. Daha yetkin xəstələrdə zob çox böyük deyilsə, radioaktiv yod ilə qalxanabənzər vəzi yox edilə bilər.